Bələdiyyələr tərəfindən vergi güzəştlərinin tətbiq edilməsində müəyyən problemlər mövcuddur. Bu problemlərdən biri də əmlak vergisinə tətbiq edilən güzəştlərdır.
Məsələyə aydinlıq gətirən maliyyə məsələləri üzrə ekspert Zöhrab Fərəcov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə büdcəsinin əsas mənbələrindən biri vergilərdən (əmlak, torpaq və mədən ) daxilolmalardır. Bu səbəbdəndə onların tətbiq olunmasının dəqiq uçotunun aparılması əsas şərtləndəndir.
əfsuslar olsun ki, əksər bələdiyyələrin vergi ödənişlərinin uçotu analitik uçotu formasında aparılır bu da bəzi hallarda ödəyicilərin ödənişdən yayınmasına səbəb olur.
Vergi ödənişlərindəki əsas amillərdən biri də vergi güzəştlərinin tətbiqinin düzgün təşkil olunmamasıdır. Belə ki, hər bir imtiyazlı şəxsə yalnız bir halda vergi güzəşti tətbiq oluna bilər. Lakin bəzi imtiyazlı şəxslərin ayri-ayri yerlərdə müxtəlif bələdiyyə ərazilərində adına bir neçə əmlakı olur və həmin əmlaklara bələdiyyələr tərəfindən güzəşt tətbiq edilir.
Məsələ ilə bağlı təklif verən Z. Fərəcov bildirib ki, belə nöqsanların aradan qaldırılması üçün vergi ödənişinə edilən güzəşt yalnız əmlak sahibinin daimi qeydiyyatda olduğu (yaşadığı) əmlak görə güzəşt tətbiq edilməlidir.
Odur ki, bu tipli boşluqların aradan qaldırılması üçün müvafiq hüquqi normativ sənədlərdə dəyişikliyin edilməsi zəruriəti yaranır.
Belediyye.info